Qelebə.az / Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi bürünc medal görüşünə qatılacaq

Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi bürünc medal görüşünə qatılacaq

14-09-2022, 15:00

Azərbaycanın qadın güləşçisi Elis Manolova Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında bürünc medal görüşünə vəsiqə qazanıb.

"QELEBE.AZ"un məlumatına görə, 65 kq çəki dərəcəsində çıxış edən idmançı təsəlliverici qarşılaşmada Aslı Demiri (Türkiyə) məğlub edib.

Manolova bürünc medal uğrunda Kumba Larrokla (Fransa) görüşəcək.

Qeyd edək ki, bu gün Azərbaycanın daha iki qadın güləşçisi yarışda mübarizəyə başlayır.

Geri qayıt