Qelebə.az / Zinəddin Zidan Ronaldunun yeni baş məşqçisi ola bilər

Zinəddin Zidan Ronaldunun yeni baş məşqçisi ola bilər

13-04-2023, 23:29

Zinəddin Zidan Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun yeni baş məşqçisi ola bilər.

"QELEBE.AZ" xarici KİV-ə istinadən xəbər verir ki, Rudi Qarsiya ilə vidalaşan Ər-Riyad təmsilçisinin rəhbərliyi komandanı fransalı mütəxəssisə tapşırmaq istəyir.

İddiaya görə, danışıqlar prosesində "Əl-Nəsr"in aparıcı futbolçusu Kriştianu Ronaldu da iştirak edir. Portuqaliyalı hücumçu 52 yaşlı çalışdırıcını təklifi qəbul etməyə razı salmaq üçün çalışır.

Zidanla yanaşı, hazırda İtaliya "Roma"sına başçılıq edən Joze Mourinyonun da "Əl-Nəsr"in sükanı arxasına keçə biləcəyi istisna olunmur.

Geri qayıt