Qelebə.az / Ermənistanda Avropa Çempionatının açılışında Azərbaycan bayrağı yandırılıb - FOTO - VİDEO - YENİLƏNİB-1

Ermənistanda Avropa Çempionatının açılışında Azərbaycan bayrağı yandırılıb - FOTO - VİDEO - YENİLƏNİB-1

14-04-2023, 23:47

Aram Nikolyan polis idarəsinə aparılıb.

APA xəbər verir ki, hazırda o, İrəvan polis idarəsinin Şaumyan rayon şöbəsindədir.

İdarənin qarşısına Nikolyanı dəstəkləyənlər toplaşıb.

***

22.40

Bayrağı yandıranın dizayner Aram Nikolyan olduğu müəyyən edilib.

***

22.23

İrəvanda Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağı yandırılıb.

APA-nın xəbərinə görə, tədbirdə Azərbaycan millisi iştirak etməyib.

Səhnəyə çıxanlardan bir nəfər bayrağı yandırmağa cəhd edib. Lakin yanan bayraq tezliklə səhnədən yığışdılaraq yenisi ilə əvəz olunub.

Qeyd edək ki, Avropa çempionatında iştirak edəcək Azərbaycan ağırlıqqaldırma yığması Ermənistanın paytaxtı İrəvandadır.

Apasport.az saytının məlumatına görə, ölkəmiz yarışa 12 nəfərlik nümayəndə heyəti ilə yollanıb.

Geri qayıt