Qelebə.az / Şəhriyar Məmmədyarov Xaçmazda keçirilən şahmat turnirində iştirak edib

Şəhriyar Məmmədyarov Xaçmazda keçirilən şahmat turnirində iştirak edib

17-04-2023, 11:32

Azərbaycan millisinin şahmatçısı Şəhriyar Məmmədyarov Xaçmazda keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan qızlar arasında şahmat turnirində qonaq qismində iştirak edib.

Azərbaycan Şahmat Federasiyasından (AŞF) “Report”a verilən məlumata görə, turnir federasiyanın Qadın və Sosial Komissiyası, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, eləcə də, YAP Xaçmaz rayon təşkilatının birgə dəstəyi ilə baş tutub.

Tədbirə Şəhriyar Məmmədyarovla yanaşı, Xaçmaz rayon İcra hakimiyyətinin başçısının birinci müavini Anar Oruclu, AŞF-nin Qadın və Sosial Komissiyasının rəhbəri, beynəlxalq qrossmeyster Zeynəb Məmmədyarova, həmçinin, YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov qatılıblar.

Xaçmazı təmsil edən komanda turnirdə birinci yeri tutub.

Geri qayıt