Qelebə.az / "Milan" 37 yaşlı hücumçu yeni müqavilə imzalayıb

"Milan" 37 yaşlı hücumçu yeni müqavilə imzalayıb

19-04-2023, 20:45

İtaliya "Milan"ı futbolçusu Olivye Jiru ilə yeni müqavilə imzalayıb.

"QELEBE.AZ" klubun rəsmi saytına istinadən xəbər verir ki, 37 yaşlı hücumçunun sözləşməsinin müddəti 2024-cü ilin yayınadək uzadılıb.

Fransalı forvard bu mövsüm bütün turnirlərdə keçirdiyi 37 oyunda 13 qol vurub və 6 məhsuldar ötürmə verib.

Qeyd edək ki, Olivye Jiru "Milan"a 2021-ci ilin iyulunda İngiltərənin "Çelsi" komandasından keçib.

Geri qayıt