Qelebə.az / Çempionlar Liqasının finalı ABŞ-də keçirilə bilər

Çempionlar Liqasının finalı ABŞ-də keçirilə bilər

25-04-2023, 18:12

UEFA Çempionlar Liqasının finalı gələcəkdə ABŞ-də keçirilə bilər.

"QELEBE.AZ"un məlumatına görə, bu barədə Avropa futbol qurumunun prezidenti Aleksander Çeferin açıqlama verib.

O bildirib ki, həlledici qarşılaşmanın Birləşmiş Ştatlarda təşkili yalnız 2025-ci ildən sonra mümkündür: "Artıq bunu müzakirə etməyə başlamışıq. Final oyunu bu il İstanbulda, gələn il Londonda, 2025-ci ildə Münhendə olacaq. Bundan sonrasına isə baxacağıq".

Qeyd edək ki, bu mövsüm Çempionlar Liqasının finalı iyunun 10-da Türkiyənin İstanbul şəhərindəki Atatürk Olimpiya Stadionunda baş tutacaq.

Geri qayıt