Qelebə.az / "Qarabağ"dan ayrılan hücumçunun Fransa klubunda debüt tarixi açıqlanıb

"Qarabağ"dan ayrılan hücumçunun Fransa klubunda debüt tarixi açıqlanıb

29-08-2022, 09:30

"Qarabağ"dan Fransa "Sent Etyen"inə keçən İbrahima Vadjinin yeni komandasında debüt edəcəyi vaxt müəyyənləşib.

"Report" "L Equipe" nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı hücumçu sentyabrın 5-də Liqa 2-də VII turun "Pau" ilə səfər oyununda meydana çıxacaq.

Qeyd edək ki, seneqallı forvard bu gün və ya avqustun 30-da "Sent Etyen"də tibbi müayinədən keçəcək. Bu səbəbdən, İbrahima Vadji sabah "Bastiya" ilə VI turun ev oyununda iştirak edə bilməyəcək.

Fransa təmsilçisi Vadjinin keçidi üçün "köhlən atlar"a 1 milyon avrodan çox vəsait ödəyəcək. Hücumçu "Qarabağ"a 2021-ci ilin avqustunda transfer olunub.

Geri qayıt