Qelebə.az / İrəvanda qızıl medal qazanan türk atlet Azərbaycana dəvətə görə Prezident İlham Əliyevə təşəkkür edib

İrəvanda qızıl medal qazanan türk atlet Azərbaycana dəvətə görə Prezident İlham Əliyevə təşəkkür edib

28-04-2023, 23:34

Ermənistanın paytaxtı İrəvandakı Avropa çempionatında qızıl medal qazanan türkiyəli ağırlıqqaldıran Cansu Bektaş Azərbaycana dəvətə görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib.

"QELEBE.AZ"un məlumatına görə, 49 kq-da qitə çempionu olan idmançı bu barədə özünün instaqram səhifəsində paylaşım edib.

"Hörmətli Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevaya sonsuz təşəkkür edirəm. Medalım Azərbaycana ərmağan olsun", - Bektaş paylaşımda yazıb.

Qeyd edək ki, Cansu Bektaş İrəvandakı qələbəsini Azərbaycana həsr edib.

Geri qayıt