Qelebə.az / Qətər daha bir dünya çempionatına ev sahibliyi edəcək

Qətər daha bir dünya çempionatına ev sahibliyi edəcək

29-04-2023, 09:04

2027-ci ildə basketbol üzrə kişilər arasında dünya çempionatı Qətərdə keçiriləcək.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə Beynəlxalq Basketbol Federasiyası (FIBA) qərar qəbul edib.

Bütün qarşılaşmalar paytaxt Dohada gerçəkləşəcək. 2026-cı ildə qadınların mundialı Almaniyada baş tutacaq.

Qeyd edək ki, 2022-ci ildə futbol üzrə dünya çempionatı Qətərdə təşkil olunub.

Geri qayıt