Qelebə.az / Azərbaycan Premyer Liqası: “Sumqayıt” “Kəpəz”ə qalib gəlib

Azərbaycan Premyer Liqası: “Sumqayıt” “Kəpəz”ə qalib gəlib

29-04-2023, 17:53

Bu gün Azərbaycan Premyer Liqasında XXXII tura start verilib.

“QELEBE.AZ”un məlumatına görə, günün ilk qarşılaşmasında "Kəpəz" Qəbələdə "Sumqayıt"ı qəbul edib.

Oyunun taleyini bir qol həll edib. Qarşılaşmanın 64-cü dəqiqəsində Vüsal İsgəndərlinin vurduğu qol “Sumqayıt”a minimalhesablı qələbə qazandırıb.

Bu nəticə ilə xallarının sayını 28-ə yüksəldən “Sumqayıt” 8-ci pillədəki yerini möhkəmlədib. “Kəpəz” isə 29 xalla 7-cidir.

Qeyd edək ki, günün ikinci matçında “Sabah” öz meydanında “Şamaxı”nı qəbul edəcək.

Geri qayıt