Qelebə.az / Çin idmançısı şahmat üzrə 17-ci dünya çempionu olub

Çin idmançısı şahmat üzrə 17-ci dünya çempionu olub

30-04-2023, 19:51

Çin idmançısı şahmat üzrə 17-ci dünya çempionu olub.

“QELEBE.AZ” xəbər verir ki, çinli qrossmeyster Din Lijen şahmat üzrə dünya çempionu adı uğrunda tay-breyk görüşünün Astanada keçirilən dördüncü oyununda rusiyalı Yan Nepomnyaşini qara fiqurlarla məğlub edib.

Klassik vaxta nəzarətlə keçirilən 14 oyundan sonra hesab bərabərləşib - 7:7. Belə olduqda sürətli şahmat üzrə əlavə dörd oyunu təyin edilib. İlk üç oyun heç-heçə yekunlaşıb.

Nəhayət sonuncu partiya çinlinin xeyrinə başa çatıb. Rusiyalı 68-ci gedişdə məğlubiyyətini etiraf edib.

Geri qayıt