Qelebə.az / Azərbaycan boksçusu dünya çempionatına qələbə ilə başlayıb

Azərbaycan boksçusu dünya çempionatına qələbə ilə başlayıb

1-05-2023, 18:43

Azərbaycan boksçusu Ümid Rüstəmov Özbəkistanın paytaxtı Daşkənddə bu gün start götürən dünya çempionatına qələbə ilə başlayıb.

"Report"un məlumatına görə, 57 kq-da çıxış edən idmançı 1/32 finalda mərakeşli Süleyman Samqulini sınağa çəkib.

Hakimlərin yekdil qərarı ilə qələbə qazanan Rüstəmov ikinci və üçüncü raundlarda rəqibini noqdauna salmağı bacarıb.

Qeyd edək ki, mayın 15-dək davam edəcək mundialda Azərbaycanın ümumilikdə 13 boksçusu qüvvəsini sınayacaq.

Geri qayıt