Qelebə.az / "Zirə"nin bir futbolçusu zəhərlənib, digəri mövsümü erkən başa vurub

"Zirə"nin bir futbolçusu zəhərlənib, digəri mövsümü erkən başa vurub

1-05-2023, 23:10

"Zirə"nin futbolçusu Məhəmməd Həmdui üçün mövsüm vaxtından əvvəl başa çatıb.

"Report"un məlumatına görə, bu barədə komandanın baş məşqçisi Rəşad Sadıqov evdə "Turan Tovuz"a 1:3 hesabı ilə uduzduqları Premyer Liqanın XXXII tur oyunundan sonra açıqlama verib.

41 yaşlı mütəxəssis niderlandlı hücumçunun "Qəbələ" ilə XXIX tur matçında (1:2) aldığı zədəni təkrarladığını bildirib: "İki-üç həftə yenidən fizioterapevt nəzarəti altında olacaq. Yəqin ki, risk etməyəcəyik".

Sadıqov Qismət Alıyev və Sərtan Taşkının zədə, Slavik Alxasovun isə zəhərlənmə səbəbindən Tovuz təmsilçisi ilə görüşü buraxdıqlarını söyləyib.

Geri qayıt