Qelebə.az / Kanada millisi Bakıdakı dünya çempionatına 9 taekvondoçu ilə gələcək

Kanada millisi Bakıdakı dünya çempionatına 9 taekvondoçu ilə gələcək

2-05-2023, 12:33

Kanada millisi Bakıda keçiriləcək dünya çempionatına 9 taekvondoçu ilə gələcək.

"QELEBE.AZ"un məlumatına görə, Şimali Amerika təmsilçisinin heyətinə cəlb olunan idmançılardan dördü kişi, beşi isə qadındır.

Azərbaycan paytaxtındakı yarışda kişilərin mübarizəsində Mark-Andre Berjeron, Braven Park, Tae-Ku Park və Jinsu Ha qüvvəsini sınayacaq.

Qadınlardan isə Eşli Krayeveld, Karleli Mersye, Anjelika Orozko, Skaylar Park və Valerie Ho medallar uğrunda yarışacaq.

Qeyd edək ki, dünya çempionatı mayın 29-dan iyunun 6-dək təşkil olunacaq.

Geri qayıt