Qelebə.az / Millətlər Liqası: Azərbaycan yığmasının rəqibləri bəlli olub

Millətlər Liqası: Azərbaycan yığmasının rəqibləri bəlli olub

2-05-2023, 16:12

Qadın futbolçulardan ibarət Azərbaycan yğmasının ilk dəfə keçiriləcək UEFA Millətlər Liqasındakı rəqibləri müəyyənləşib.

“Report”un UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, bu gün keçirilən püşkatmanın nəticəsində yığma C Liqasının III qrupuna düşüb.

Siyasət Əsgərovun kollektivi Monteneqro, Kipr və Farer adaları ilə mübarizə aparacaq. İlk turun oyunları 20-26 sentyabr tarixlərində keçiriləcək.

Geri qayıt