Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində pley-off mərhələsi start götürüb.
“QELEBE.AZ”un məlumatına görə, günün ilk oyununda Azərbaycan millisi meydana çıxıb.
Bakı Tennis Akademiyasında baş tutan qarşılaşmada yığma Fransa ilə üz-üzə gəlib. Elşad Quliyevin yetirmələri minimal fərqlə qələbə qazanıblar. Fransızlar hesabı açsalar da, ikinci hissədə rəqib qapısından 3 top keçirən Azərbaycan yığması yekunda 3:2 hesabı ilə qalib gəlib.
Bununla da milli turnirin yarımfinalına vəsiqə qazanıb. Komanda bu gün saat 20:00-da Serbiya ilə finala vəsiqə qazanmaq uğrunda qarşılaşacaq.