Qelebə.az / FIDE prezidenti Vüqar Həşimov Şahmat Akademiyasında olub

FIDE prezidenti Vüqar Həşimov Şahmat Akademiyasında olub

5-05-2023, 19:29

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç Vüqar Həşimov Şahmat Akademiyasında olub.

Azərbaycan Şahmat Federasiyasından (AŞF) "QELEBE.AZ"a bildirilib ki, A.Dvorkoviç və FIDE-nin vitse-prezidenti, AŞF-in prezidenti Mahir Məmmədova Akademiyada görülmüş işlərlə bağlı ətraflı məlumat verilib, yeni layihələr və yarışların keçirilməsi barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda qonaqlar Vüqar Həşimov Muzeyi ilə tanış olublar.

FIDE-nin prezidenti xatirə kitabına ürək sözlərini yazıb.

Geri qayıt