Qelebə.az / "Bakı Marafonu 2023"ün qalibi: "Əvvəlcə küləyə, sonra rəqiblərinə qalib gəlməlisən"

"Bakı Marafonu 2023"ün qalibi: "Əvvəlcə küləyə, sonra rəqiblərinə qalib gəlməlisən"

7-05-2023, 12:53

"Bakı Marafonunda əvvəlcə küləyə, sonra rəqiblərinə qalib gəlməlisən".

Bunu "Report"a açıqlamasında "Bakı Marafonu 2023"ün kişilər arasında qalibi Boqdan Simonoviç deyib.

Ukraynalı idmançı bildirib ki, ilk dəfə bu yarışda iştirak edir: "Rəqabət çox yüksəkdir, yarışın marşrutu xeyli çətindir. Hava da küləklidir, amma nəzərə alaq ki, yarışın şüarı da məhz "Küləyə qalib gəl"dir".

Qalib bildirib ki, yekunda küləyin təsirini öz xeyrinə çevirib: "Təxminən 11 kilometr hamı eyni səviyyədə qaçırdı, amma sonradan mən küləyin çətinliyini öz lehimə çevirdim və yekunda qalib gəldim".

Geri qayıt