Qelebə.az / Joze Mourinyo PSJ ilə bağlı iddiaları təkzib edib

Joze Mourinyo PSJ ilə bağlı iddiaları təkzib edib

10-05-2023, 18:26

İtaliyanın "Roma" komandasının baş məşqçisi Joze Mourinyo Fransa PSJ-sinin sükanı arxasına keçəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib.

"QELEBE.AZ"un məlumatına görə, portuqaliyalı mütəxəssis iddiaların əsassız olduğunu söyləyib.

60 yaşlı çalışdırıcı Paris təmsilçisindən heç kimin onunla əlaqə saxlamadığnı söyləyib: "PSJ məni axtarır? Deməli, tapa bilməyiblər. Çünki klub rəsmilərindən heç biri mənimlə danışmayıb".

Daha əvvəl təcrübəli baş məşqçinin Fransa çempionu ilə danışıqlar apardığı bildirilib.

Qeyd edək ki, Joze Mourinyo 2021-ci ilin yayından "Roma"ya rəhbərlik edir.

Geri qayıt