Qelebə.az / Uruqvay millisinin yeni baş məşqçisi bəlli olub

Uruqvay millisinin yeni baş məşqçisi bəlli olub

12-05-2023, 15:15

Uruqvay millisinin yeni baş məşqçisi bəlli olub.

QELEBE.AZ saytının məlumatına görə, bunu Cənubi Amerika ölkəsinin futbol federasiyasının İcraiyyə Komitəsinin üzvü Xorxe Kasales açıqlayıb.

O bildirib ki, yığmanı Marselo Byelsa çalışdıracaq. 67 yaşlı argentinalı ilə müqavilə imzalanmasa da, tərəflər arasında razılıq əldə olunub.

Qeyd edək ki, Byelsanın son iş yeri “Lids” olub. Mütəxəssis 2018-22-ci illərdə Argentina klubuna rəhbərlik edib.

Geri qayıt