Qelebə.az / Azərbaycanlı futbolçu “Beşiktaş”ın akademiyasına cəlb edilib

Azərbaycanlı futbolçu “Beşiktaş”ın akademiyasına cəlb edilib

12-05-2023, 15:50

Azərbaycanlı yeniyetmə futbolçu Furkan Musayev Türkiyənin “Beşiktaş” klubunun akademiyasına cəlb edilib.

“Report” xəbər verir ki, bu barədə İstanbul təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, 2022/2023 mövsümündə klubun idman məktəblərində uğurlu çıxışla diqqət çəkən 26 oyunçu akademiyaya götürülüb. Onlar arasında Musayev də var.

Bununla bağlı “Vodafon Park”da təşkil edilən tədbirdə futbolçularla görüş keçirilib.

Geri qayıt