Qelebə.az / "Barselona"ya Çempionlar Liqasında iştirak üçün lisenziya verilib

"Barselona"ya Çempionlar Liqasında iştirak üçün lisenziya verilib

12-05-2023, 23:05

İspaniyanın "Barselona" klubuna 2023/2024 mövsümündə UEFA Çempionlar Liqasında (ÇL) iştirak üçün lisenziya verilib.

"Report"un "Mundo Deportivo" nəşrinə istinadən məlumatına görə, Kataloniya təmsilçisi ilə yanaşı, La Liqanın ümumilikdə 18 komandası bu hüquqa yiyələnib.

Daha əvvəl "Barselona"nın korrupsiya qalmaqalına görə qitənin bir nömrəli klub turnirindən kənarda qalacağı iddia olunurdu.

Qeyd edək ki, Xavi Ernandesin baş məşqçi olduğu kollektiv hazırda 82 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. "Barselona" artıq ÇL-ə vəsiqəni təmin edib.

Geri qayıt