Qelebə.az / Azərbaycan millisinin voleybolçusu Rumıniya Kubokunun qalibi olub

Azərbaycan millisinin voleybolçusu Rumıniya Kubokunun qalibi olub

15-05-2023, 08:47

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Ruban "CSM Lugoj" komandası ilə Rumıniya Kubokunun qalibi olub.

"QELEBE.AZ" xəbər verir ki, 28 yaşlı oyunçunun çıxış etdiyi kollektiv finalda "CSM Targoviste"ni 3:1 (25:16, 26:24, 22:25, 25:21) hesabı ilə üstələyib.

Ruban bu qarşılaşmanın ən yaxşı voleybolçusu seçilib.

Qeyd edək ki, "CSM Lugoj" cari mövsüm ölkə çempionatında bürünc medala da sahib çıxıb.

Geri qayıt