Qelebə.az / Türkiyənin tanınmış klubu həvəskarlar liqasına düşüb

Türkiyənin tanınmış klubu həvəskarlar liqasına düşüb

16-05-2023, 18:36

Türkiyənin "Eskişehispor" komandası həvəskarlar liqasına düşüb.

"Report"un məlumatına görə, sona bir tur qalmış 26 xalla 17-ci sırada qərarlaşan komanda III Liqa ilə vidalaşıb.

Buna Eskişehir təmsilçisinin XXXIII turda evdə "Elazığspor"a 3:6 hesabı ilə uduzması səbəb olub.

Qeyd edək ki, 1965-ci ildə əsası qoyulan "Eskişehirspor" 1968/1969, 1969/1970 və 1971/1972 mövsümündə Türkiyə Super Liqasının gümüş medallarını, 1970/1971 mövsümündə ölkə kubokunu qazanıb.

Geri qayıt