Qelebə.az / Rafael Nadal mövsümü erkən başa vurub

Rafael Nadal mövsümü erkən başa vurub

18-05-2023, 17:50

İspaniyalı məşhur tennisçi, Böyük Dəbilqə turnirlərinin 22 qat qalibi Rafael Nadal mövsümü erkən başa vurub.

"Report" AS nəşrinə istinadən xəbər verir ki, 36 yaşlı idmançı 2024-cü ildə korta qayıtmaq niyyətindədir.

Nadal bu gün qərarını Bakı vaxtı ilə saat 18:00-da mətbuat konfransında açıqlayacaq.

Qeyd edək ki, ispaniyalı raketka ustası ilin əvvəlində Avstraliya Açıqda ABŞ-dan olan Makkenzi Makdolanda uduzduğu görüşdən sonra oynamır.

Geri qayıt