İngiltərə "Tottenhem"i futbolçusu Lukas Moura ilə vidalaşıb.
"QELEBE.AZ" klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı hücumameyilli yarımmüdafiəçi mövsümün sonunda London təmsilçisini tərk edəcək.
31 yaşlı vingerin iyunun 30-da başa çatan müqaviləsi uzadılmayacaq.
Qeyd edək ki, Lukas Moura 2018-ci ildən "Tottenhem"də çıxış edir. Təcrübəli futbolçu bu müddət ərzində meydana çıxdığı 219 oyunda 38 qol vurub və 27 məhsuldar ötürmə edib.