Qelebə.az / İspaniyada qalıqları tapılan yeni dinozavr növünə tanınmış klubun adı verilib

İspaniyada qalıqları tapılan yeni dinozavr növünə tanınmış klubun adı verilib

18-05-2023, 23:51

İspaniyanın Kastelyon əyalətinin Sintorres şəhərində tədqiqatçılar qrupu əvvəllər məlum olmayan dinozavr növünün qalıqlarını aşkar ediblər.

"Report"un AS nəşrinə istinadən məlumatına görə, təqribən 11 metr uzunluğunda, 3 metr hündürlüyündə, uzun burnu və çoxlu konusvari dişi olan heyvana "Vilyarreal" komandasının adı verilib.

Dinozavrın qalıqları La Liqa klubunun təmsil etdiyi əyalətdə tapıldığı üçün onu komandanın 2021-ci ildə Avropa Liqasında qazandığı qələbənin şərəfinə bu cür adlandırıblar.

Qeyd edək ki, "Vilyarreal" finalda İngiltərə "Mançester Yunayted"ini məğlub edərək turnirin qalibi olub.

Geri qayıt