Qelebə.az / Avropa Liqası: "Roma" ilk finalçı olub

Avropa Liqası: "Roma" ilk finalçı olub

19-05-2023, 00:59

UEFA Avropa Liqasında ilk finalçı bəlli olub.

"Report"un məlumatına görə, yarımfinalın cavab oyununda Almaniyada "Bayer"lə qolsuz bərabərə qalan İtaliya "Roma"sı adını həlledici görüşə yazdırıb. İlk matçda "canavar"la 1:0 hesablı qələbə qazanmışdı.

İspaniyada "Sevilya" ilə İtaliya "Yuventus"u arasında oynanılan qarşılaşmanın əsas vaxtı heç-heçə başa çatıb - 1:1. İlk oyunda da eyni hesab qeydə alındığından əlavə vaxt olacaq.

UEFA Avropa Liqası
Yarımfinal, cavab oyunları
18 may

23:00. "Sevilya" (İspaniya) - "Yuventus" (İtaliya) - 1:1 (ƏLAVƏ VAXT)
Qollar:
Suso, 72 - Duşan Vlahoviç, 65
Baş hakim: Denni Makkeli (Niderland)
Sevilya, "Ramon Sançes Pisxuan" stadionu
İlk oyun - 1:1

23:00. "Bayer" (Almaniya) - "Roma" (İtaliya) - 0:0
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Leverkuzen, "Bay Arena"
İlk oyun - 0:1

Qeyd edək ki, Avropa Liqasının final oyunu mayın 31-də Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da baş tutacaq.

Geri qayıt