Qelebə.az / "Sumqayıt"ın baş məşqçisi: "Bu görüşü azarkeşlər də bəyəndi"

"Sumqayıt"ın baş məşqçisi: "Bu görüşü azarkeşlər də bəyəndi"

17-09-2022, 22:00

"Yaxşı oyun alındı. Məncə, azarkeşlər də bu görüşü bəyəndi. Tribunadakı atmosferi xüsusi qeyd etmək istəyirəm".

"QELEBE.AZ" xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa "Qəbələ"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının VII tur oyunundan sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis komandada qlobal problemin olmadığını bildirib: "Hər baş məşqçi belə hallarla qarşılaşa bilər. Bəzən işləriniz yaxşı gedir, bəzən istədiyiniz kimi alınmır. Mən isə buna sakitliklə yanaşıram".

Belaruslu baş məşqçi heyətdə bəzi itkilərin olduğunu söyləyib: "Heç bir bəhanə gətirmirəm. Epizodları reallaşdırmaqda zəifik. Yarımmüdafiə, hücum xəttində problemlər var, bundan qaçmıram".

Geri qayıt