Qelebə.az / “Milan” “Çelsi” ilə danışıqlara başlayıb

“Milan” “Çelsi” ilə danışıqlara başlayıb

23-05-2023, 10:19

“Çelsi”nin futbolçusu Rubern Loftus-Çik karyerasını İtaliyada davam etdirməyə yaxındır.

QELEBE.AZ saytının məlumatına görə, yarımmüdafiəçi “Milan”a keçə bilər.

27 yaşlı ingiltərəlinin transferi ilə bağlı danışıqlar başlayıb. Futbolçunun özü də İtaliyada oynamaq arzusundadır.

Loftus-Çik cari mövsümdə 31 oyun keçirib. Onun hesabında 2 assist var.

Qeyd edək ki, Rubenin transfer dəyəri 25 milyon avro ilə dəyərləndirilir.

Geri qayıt