Qelebə.az / Azərbaycanın qadın idman gimnastları Dünya Kubokunda iştirak edəcəklər

Azərbaycanın qadın idman gimnastları Dünya Kubokunda iştirak edəcəklər

23-05-2023, 13:19

İdman gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Samirə Qəhrəmanova və Nazənin Teymurova Bolqarıstanın Varna şəhərində keçiriləcək “Challenge” seriyasına aid Dünya Kubokunda iştirak edəcəklər.

Azərbaycan Gimnastika Federasiyasından "Report"a verilən məlumata görə, idmançılar artıq sözügedən şəhərə yollanıblar.

Qeyd edək ki, yarış 25 - 28 mayda gerçəkləşəcək.

Geri qayıt