Qelebə.az / “Arsenal” Saka ilə müqaviləni uzadıb

“Arsenal” Saka ilə müqaviləni uzadıb

23-05-2023, 18:04

“Arsenal” futbolçusu Bukayo Saka ilə müqaviləni uzadıb.

QELEBE.AZ saytının məlumatına görə, bunu İngiltərə klubunun mətbuat xidməti açıqlayıb.

22 yaşlı vingerlə yeni müqavilə 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Onun əvvəlki anlaşması 2024-cü ildə bitməli idi.

Qeyd edək ki, Bukayo cari mövsümün 37 oyununda 13 qol və 11 assistə imza atıb.

Geri qayıt