Qelebə.az / Qran-pri: Azərbaycan cüdoçuları ilk gündə iki medal qazanıblar - YENİLƏNİB

Qran-pri: Azərbaycan cüdoçuları ilk gündə iki medal qazanıblar - YENİLƏNİB

25-05-2023, 20:39

Azərbaycan cüdoçusu Kamran Süleymanov Avstriyanın Linz şəhərində keçirilən Qran-pridə gümüş medal qazanıb.

"Report"un məlumatına görə, 66 kq çəki dərəcəsində çıxış edən idmançı finalda İspaniya təmsilçisi David Qarsiya Torneyə uduzub.

Qadınların yarışında 52 kq-dakı Gültac Məmmədəliyeva digər ispan Ariane Toro Solerə qalib gələrək bürünc medala sahib çıxıb.

60 kq-dakı Nazir Talıov isə bürünc medal uğrunda qarşılaşmada Ukraynadan olan Artem Lesiukə yenilərək beşinci yerlə kifayətlənib.

16:42

Azərbaycan cüdoçusu Kamran Süleymanov Avstriyanın Linz şəhərində keçirilən Qran-pridə finala yüksəlib.

"Report"un məlumatına görə, 66 kq çəki dərəcəsində çıxış edən idmançı həlledici raundda İspaniya təmsilçisi David Qarsiya Torne ilə üz-üzə gələcək.

60 kq-dakı Nazir Talıov bürünc medal uğrunda qarşılaşmada Ukraynadan olan Artem Lesiukla, qadınların yarışında 52 kq-dakı Gültac Məmmədəliyeva ispan Ariane Toro Solerlə görüşəcək.

Bu gün mübarizəyə qoşulan Əhməd Yusifov (60), Leyla Əliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq), və Finan Əlizadə (57 kq) mübarizəni dayandırıb.

Qeyd edək ki, Qran-pri mayın 27-də başa çatacaq.

Geri qayıt