Qelebə.az / Azərbaycan kubokunun final oyununun biletləri satışa çıxarılıb

Azərbaycan kubokunun final oyununun biletləri satışa çıxarılıb

30-05-2023, 18:07

Azərbaycan kubokunun final oyununun biletləri satışa çıxarılıb.

QELEBE.AZ saytının məlumatına görə. bunu “Neftçi”nin mətbuat xidməti açıqlayıb.

Bakı klubunun azarkeşləri üçün nəzərdə tutulan və qiyməti 2, 3, 5 və 10 AZN olan biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür. Kassalar hər gün saat 10:00-dan 18:00-dək, oyun günü isə 10:00-dan 20:00-dək işləyəcək.

Qeyd edək ki, iyunun 3-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Qəbələ” matçı saat 20:00-da başlayacaq.

Geri qayıt