Qelebə.az / Azərbaycanın 2 taekvondoçusu dünya çempionatında 1/8 finala yüksəlib - FOTO - YENİLƏNİB

Azərbaycanın 2 taekvondoçusu dünya çempionatında 1/8 finala yüksəlib - FOTO - YENİLƏNİB

31-05-2023, 12:13

Azərbaycanın daha bir taekvondoçusu Bakıda keçirilən dünya çempionatında ilk döyüşünə çıxıb.

QELEBE.AZ saytının məlumatına görə, Patimat Abakarova (49 kq) 1/16 finalda Çina Murakamini (Yaponiya) sınağa çəkib.

Döyüş Olimpiya mükafatçımızın qələbəsi ilə başa çatıb. O, 2:1 hesabı ilə qalib gəlib. Abakarova 1/8 finalda Botakoz Kapanova (Qazaxıstan) ilə qarşılaşacaq.

Qeyd edək ki, mundialın üçüncü günündə 3 çəki dərəcəsində qaliblər bəlli olacaq.

***

Saat. 11:21

Bakıda taekvondo üzrə keçirilən dünya çempionatının üçüncü günündə daha 3 çəki dərəcəsində qaliblər bəlli olacaq.

QELEBE.AZ saytının məlumatına görə, kişi taekvondoçular arasında 80 kq və 87 kq, qadınlarda 49 kq çəki dərəcəsində qaliblər müəyyənləşəcək.

Azərbaycan millisinin üzvü Əliəskər Əliyev (80 kq) mundialda ilk görüşünü 1/16 final mərhələsi çərçivəsində Ababakar Soumareyə (Seneqal) qarşı keçirib. Taekvondoçumuz 2:0 hesabı ilə qalib gələrək, mərhələ adlayıb. O, 1/8 finalda Migel Treyosla (Kolumbiya) döyüşəcək.

87 kq çəkidə dayanq üzərinə çıxacaq Taleh Süleymanov da mübarizəyə 1/16 finaldan qoşulacaq. O, debüt döyüşündə Manuel Pollet (Belçika) ilə qüvvəsini sınayacaq.

Patimat Abakarova (49 kq) isə 1/16 finalda Çina Murakamini (Yaponiya) sınağa çəkəcək.

Qeyd edək ki, dünya çempionatı iyunun 4-də başa çatacaq.

Geri qayıt