Qelebə.az / Azərbaycanın 2 taekvondoçusu dünya çempionatında çıxışını başa vurub - FOTO

Azərbaycanın 2 taekvondoçusu dünya çempionatında çıxışını başa vurub - FOTO

2-06-2023, 11:32

Bakıda keçirilən taekvondo üzrə dünya çempionatı davam edir.

Apasport.az saytının məlumatına görə, mundialın 5-ci günündə kişi taekvondoçular arasında 54 kq və qadınlar arasında 46 kq-da mükafatçılar bəlli olacaq.

Azərbaycan millisinin idmançılarından Minayə Əkbərova (46 kq) və Səyyad Dadaşov (54 kq) qüvvələrini sınayıblar. Hər 2 taekvondoçumuz 1/16 finalda müvafiq olaraq, Ruka Okamotoya (Yaponiya) və Omonjon Otajonova (Özbəkistam) məğlub olaraq, yarışla erkən vidalaşıblar.

Qeyd edək ki, dünya çempionatı iyunun 4-də başa çatacaq.

Geri qayıt