Qelebə.az / Azərbaycan idmançıları ötən ay 179 medal qazanıb

Azərbaycan idmançıları ötən ay 179 medal qazanıb

5-06-2023, 11:42

Azərbaycan idmançılarının mayda beynəlxalq yarışlarda qazandıqları medalların sayı açıqlanıb.

"Report" Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, ötən ay 179 medal əldə olunub.

Onlardan 59-u qızıl, 48-i gümüş, 72-si isə bürünc əyarlıdır.

Geri qayıt