Qelebə.az / “Liverpul” heyətini yeni futbolçu ilə gücləndirir

“Liverpul” heyətini yeni futbolçu ilə gücləndirir

5-06-2023, 18:10

“Liverpul” heyətini yeni futbolçu ilə gücləndirir.

Apasport.az saytı xəbər verir ki, yarımmüdafiəçi Aleksis Makallister "Brayton"dan Liverpul təmsilçisinə qoşulur.

Tərəflərin razılığa gəldiyi, 24 yaşlı futbolçunun "qırmızılar"la 2028-ci ilə qədər müqavilə imzalayacağı bildirilir. Transfer qiyməti 60 milyon funt-sterlinqdən çox olmayacaq. Argentinalı yaxın günlərdə yeni komandasında tibbi müayinədən keçəcək.

Qeyd edək ki, son mövsümdə 40 matçda iştirak edən Makallister 12 qol və 3 assistlə yadda qalıb.

Geri qayıt