Qelebə.az / Mahrez “Əl-Əhli”nin hədəfinə düşüb

Mahrez “Əl-Əhli”nin hədəfinə düşüb

8-06-2023, 10:22

Səudiyyə Ərəbistanı klubları daha bir ulduzu heyətinə qatmaq istəyir.

QELEBE.AZ saytının məlumatına görə, “Mançester Siti”nin vingeri Riyad Mahrez də asiyalıların hədəfinə düşüb.

Vingerin xidmətində “Əl-Əhli” maraqlıdır. Klubun prezidenti Valid Muaat danışıqlar üçün İngiltərəyə yollanıb. Ötən mövsüm aşağı liqada çempion olan “Əl-Əhli” elitaya yüksəlib.

Qeyd edək ki, Mahrez ötən mövsümün 47 oyununda 15 qol vurub.

Geri qayıt