Qelebə.az / Benzema Səudiyyə Ərəbistanı klubuna keçməsinin səbəbini açıqlayıb

Benzema Səudiyyə Ərəbistanı klubuna keçməsinin səbəbini açıqlayıb

9-06-2023, 09:27

Fransalı futbolçu Kərim Benzema Səudiyyə Ərəbistanına köçməsinin səbəbini açıqlayıb.

"Report" "Goal" nəşrinə istinadən xəbər verir ki, 36 yaşlı hücumçu "Əl-İttihad"a keçidi barədə danışıb.

Təcrübəli forvard dini görüşlərinə görə bu addımı atdığını söyləyib: "Mən müsəlmanam, bura da müsəlman ölkəsidir. Həmişə belə yerdə yaşamaq istəmişəm".

Qeyd edək ki, Kərim Benzema 2009-cu ildən "Real Madrid"in formasını geyinib. O, 14 mövsümdə 647 matçda 353 qol vurub.

Geri qayıt