Qelebə.az / "Konyaspor" rəsmisi: "Mahir Emreli bizim komandada qalmayacaq"

"Konyaspor" rəsmisi: "Mahir Emreli bizim komandada qalmayacaq"

10-06-2023, 10:53

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Türkiyə "Konyaspor"unda qalmayacaq.

Bu barədə "QELEBE.AZ"a klubun icraçı direktoru Mustafa Göksu açıqlama verib.

O bildirib ki, məşqçilər heyəti 25 yaşlı hücumçunun xidmətində maraqlı deyil.

Qeyd edək ki, Mahir Emreli müqavilə ilə Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna məxsusdur. O, 2022/2023 mövsümünün ikinci yarısını icarə əsasında "Konyaspor"da keçirib.

Geri qayıt