Qelebə.az / Fransa Futbol Federasiyasının yeni prezidenti bəlli olub

Fransa Futbol Federasiyasının yeni prezidenti bəlli olub

10-06-2023, 13:23

Fransa Futbol Federasiyasının (FFF) yeni prezidenti müəyyənləşib.

"QELEBE.AZ" FFF-in rəsmi saytına istinadən xəbər verir ki, bunadək müvəqqəti olaraq sözügedən vəzifəsini icra edən Filip Diallo qurumun rəhbəri kimi təsdiqlənib. Funksioner 2024-cü ilədək federasiyaya başçılıq edəcək.

Diallo Baş Assambleyasının bu gün keçirilən iclasında 91,26% səs toplayıb.

Qeyd edək ki, Fransa Futbol Federasiyasının keçmiş prezidenti Noel Le Qrey bu ilin əvvəlində istefaya göndərilib.

Geri qayıt