Qelebə.az / Ruslan Abışov "Zirə" ilə vidalaşıb

Ruslan Abışov "Zirə" ilə vidalaşıb

12-06-2023, 12:23

Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Abışov "Zirə" klubu ilə vidalaşıb.

"QELEBE.AZ"un məlumatına görə, 36 yaşlı müdafiəçi bu barədə şəxsi feysbuk hesabında paylaşım edib.

Qeyd edək ki, Ruslan Abışov 2021-ci ildən paytaxt təmsilçisinin formasını geyinib. O, karyerasında "Neftçi", "Xəzər Lənkəran", "Qəbələ", "İnter" (hazırkı "Şamaxı"), "Sabah" və Rusiyada "Rubin" klubunun uğurları üçün də çalışıb.

Geri qayıt