Qelebə.az / “Sabah”ın yay hazırlıq planı bəlli olub

“Sabah”ın yay hazırlıq planı bəlli olub

14-06-2023, 14:43

“Sabah”ın yay hazırlıq planı bəlli olub.

“Report”un klubun rəsmi saytına istinadən məlumatına görə, Bakı klubu 2023/2024 mövsümünün hazırlıqlarına iyunun 21-də Bakıda başlayacaq.

Paytaxtda baş tutacaq toplanış iyunun 29-dək davam edəcək. Premyer Liqanın gümüş mükafatçısı həmin tarixdə Qəbələyə yola düşəcək. Qəbələ toplanışı iyulun 5-də başa çatacaq.

İyulun 6-da isə “Sabah” hazırlığın ikinci mərhələsi üçün Avstriyaya yollanacaq. Adıçəkilən ölkənin Tirol bölgəsində baş tutacaq təlim-məşq toplanışı iyulun 20-də başa çatacaq.

Hazırlıq prosesi çərçivəsində Azərbaycanda 2, Avstriyada isə 3 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, “Sabah” 2023/2024 mövsümündə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək.

Geri qayıt