AVF “Heydər Əliyev 100. Voleybola dəstək marafonu” keçirib

AVF “Heydər Əliyev 100. Voleybola dəstək marafonu” keçirib

Azərbaycan Voleybol Federasiyası (AVF) Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev 100. Voleybola dəstək marafonu” keçirib.

AVF-dən “QELEBE.AZ”a verilən məlumata görə, marafonda gənclər və idman naziri Fərid Qayıbov, federasiyanın prezidenti Şahin Bağırov, vitse-prezidenti Bəhruz Quliyev, baş katibi Faiq Orucov, qadınlardan və kişilərdən ibarət yığma komandaların üzvləri, yeniyetmə, gənc və veteran voleybolçular, digər növlərlə məşğul olan idmançılar, nazirliyin və federasiyasının əməkdaşları, media nümayəndələri və şəhər sakinləri iştirak ediblər.

Qaçış Dənizkənarı Bulvarda yerləşən “Dəniz Mall”un qarşısından start götürüb. Marafonçular oradan Bayraq meydanına və geriyə olmaqla, ümumilikdə 5 km məsafə qaçıblar. Daha sonra “Dəniz Mall”un qarşısında qurulmuş voleybol meydançalarında milli voleybolçular və şəhər sakinlərinin iştirakı ilə simvolik yarış keçirilib. Orada, həmçinin marafon iştirakçıları və qonaqlar üçün voleybol oyunları və müxtəlif əyləncəli şoular təşkil olunub.

Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin voleybolun paytaxtda və bölgələrdə inkişafı ilə bağlı verdiyi tövsiyə və tapşırıqları çərçivəsində təşkil olunub. Marafon Azərbaycanda voleybolun inkişafı, geniş kütlə arasında yayılması, yeniyetmə və gənclərin bu idman növünə cəlb olunmasına xidmət edir.

AVF-in belə tədbirlərinin paytaxtla yanaşı, bölgələrdə də təşkili nəzərdə tutulur.

Fərdi
Rusiyalı MMA döyüşçüsü 33 yaşında ölüb

Rusiyalı MMA döyüşçüsü 33 yaşında ölüb

Fərdi
Azərbaycan antidopinq sahəsində yeni standartların müəyyənləşməsinə rəhbərlik edir

Azərbaycan antidopinq sahəsində yeni standartların müəyyənləşməsinə rəhbərlik edir

Fərdi
Fərid Qayıbov Bakı Şəhər Halqasının çağırışına qoşulub, işə piyada gedib

Fərid Qayıbov Bakı Şəhər Halqasının çağırışına qoşulub, işə piyada gedib

Fərdi
Azərbaycan xizəkçisinin yarış zamanı ayağı sınıb

Azərbaycan xizəkçisinin yarış zamanı ayağı sınıb

Fərdi
Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçularının adları açıqlanıb

Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçularının adları açıqlanıb

Fərdi
"Champions Chess Tour": Şəhriyar Məmmədyarov final mərhələsinə qələbə ilə başlayıb

"Champions Chess Tour": Şəhriyar Məmmədyarov final mərhələsinə qələbə ilə başlayıb

Fərdi
Rafael Ağayev: "Bu titul Azərbaycan xalqınındır"

Rafael Ağayev: "Bu titul Azərbaycan xalqınındır"

Fərdi
Güləş üzrə Azərbaycan çempionatı başa çatıb

Güləş üzrə Azərbaycan çempionatı başa çatıb

Fərdi
"Formula 1": Komandalar yeni mövsümün təqvimindən narazı qalıblar

"Formula 1": Komandalar yeni mövsümün təqvimindən narazı qalıblar

Fərdi
Mingəçevir Reqatası Avropa Kanoe Assosiasiyasının təqvim planına salınıb

Mingəçevir Reqatası Avropa Kanoe Assosiasiyasının təqvim planına salınıb

Fərdi
Azərbaycanın idman gimnastı Rusiyada qızıl medal qazanıb

Azərbaycanın idman gimnastı Rusiyada qızıl medal qazanıb

Fərdi
Azərbaycanın olimpiya mükafatçısı karyerasını bitirib

Azərbaycanın olimpiya mükafatçısı karyerasını bitirib