Fərid Qayıbov: "Şuşadakı şahmat turnirinin davamlı olmasını istəyirik"

Fərid Qayıbov: "Şuşadakı şahmat turnirinin davamlı olmasını istəyirik"

"Belə turnirlərin ənənəvi olmasını istəyirik. Növbəti illərdə bu yarışın davamlı olması üçün əlimizdən gələni edəcəyik".

"Report"un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov beynəlxalq şahmat turnirinin açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

2022-ci ilin "Şuşa ili" elan olunduğunu xatırladan nazir burada ikinci idman tədbirinin gerçəkləşdiyini bildirib: "İlk olaraq “Əziz Şuşa” beynəlxalq velosiped yarışı təşkil olundu. Bu dəfə şahmatçılar Şuşada yığışıblar. Biz çox sevinirik".

F.Qayıbov turnirin təşkili münasibəti ilə hər kəsi təbrik edib: "Dəvətimizi qəbul edən ölkələrə təşəkkür edirəm. Digərləri də gələ bilərdilər. Amma şahmat təqviminə görə ölkələrin sayı 9-dur. Bu, ilk yarış üçün yaxşı rəqəmdir. Suqovuşanda avarçəkmə turniri keçirmişdik və ilk yarış olmasına baxmayaraq orada da kifayət qədər ölkə var idi. Əsas başlanğıcdır. Biz bu il bunu etdik. Azərbaycan Şahmat Federasiyasına və bütün tərəfdaşlara yarışın keçirilməsində dəstək olduqları üçün minnətdarlığımı bildirmək istəyirəm".

Qeyd edək ki, “Shusha Chess 2022” turnirinin oyunları Qarabağ hotelində keçiriləcək. İlk tur bu gün Bakı vaxtı ilə saat 17:00-da start götürəcək. Turnirə sentyabrın 24-də yekun vurulacaq.

Fərdi
Bakıda çövkən üzrə Prezident Kuboku keçiriləcək

Bakıda çövkən üzrə Prezident Kuboku keçiriləcək

Fərdi
AKAF Xəzər dənizində rəsmi olaraq fəaliyyətə başlayıb

AKAF Xəzər dənizində rəsmi olaraq fəaliyyətə başlayıb

Fərdi
Dünya çempionatı: İlham Zəkiyev gümüş medala sahib olub

Dünya çempionatı: İlham Zəkiyev gümüş medala sahib olub

Fərdi
Alim Nəbiyev: "Çəkiölçmə mərasiminə kostyumla qatılmaq mənim imicimdir"

Alim Nəbiyev: "Çəkiölçmə mərasiminə kostyumla qatılmaq mənim imicimdir"

Fərdi
Nazim Sadıqov: "UFC-də çəkimi dəyişmək istəmirəm"

Nazim Sadıqov: "UFC-də çəkimi dəyişmək istəmirəm"

Fərdi
Yaşar Bəşirov Premyer Liqa yarışında qızıl medal gözlədiyi idmançıların adlarını açıqlayıb

Yaşar Bəşirov Premyer Liqa yarışında qızıl medal gözlədiyi idmançıların adlarını açıqlayıb

Fərdi
Bakıda yunan-Roma güləşi üzrə Dünya Kuboku start götürür

Bakıda yunan-Roma güləşi üzrə Dünya Kuboku start götürür

Fərdi
Azərbaycan karateçisi: "Bakıdakı yarışda qalib gəlməklə özümü sübut etdim"

Azərbaycan karateçisi: "Bakıdakı yarışda qalib gəlməklə özümü sübut etdim"

Fərdi
İslamiada üçün mükafatların verilmə qaydasındakı dəyişikliklər idmançılara necə təsir edəcək?

İslamiada üçün mükafatların verilmə qaydasındakı dəyişikliklər idmançılara necə təsir edəcək?

Fərdi
“Vugar Gashimov Memorialı"nın loqosu “Alov qüllələri”ndə əks olunur

“Vugar Gashimov Memorialı"nın loqosu “Alov qüllələri”ndə əks olunur

Fərdi
Azərbaycanın qadın güləşçisinin dünya çempionatında çiyni çıxıb

Azərbaycanın qadın güləşçisinin dünya çempionatında çiyni çıxıb

Fərdi
Azərbaycan şahmatçısı Avropa çempionatında lideri büdrədib

Azərbaycan şahmatçısı Avropa çempionatında lideri büdrədib