Premyer Liqada tarixi nailiyyət: Azərbaycan karateçiləri altı medalla yarışı başa vurub

Premyer Liqada tarixi nailiyyət: Azərbaycan karateçiləri altı medalla yarışı başa vurub

Bakıda keçirilən Premyer Liqa yarışını Azərbaycan 3 qızıl və 3 bürünc medalla başa vurub.

"Report"un xəbərinə görə, Asiman Qurbanlı (+84 kq) Taha Mahmuda (Misir) 2:1 qalib gələrək qızıl medal qazanıb.

Bununla da Azərbaycan tarixində ilk dəfə olaraq Premyer Liqada ən yaxşı nəticəsini göstərib. Əminağa Quliyev (60 kq), Asiman Qurbanlı (+84 kq) və İrina Zaretskaya (68 kq) qızıl, Tural Ağalarzadə (67 kq), Turqut Həsənov (84 kq) və Murad Hacızadə (+84 kq) bürünc medalla yarışı tamamlayıblar.

17:17

Bakıda keçirilən karate üzrə Premyer Liqa yarışında Azərbaycan ikinci qızıl medalını qazanıb.

"Report"un xəbərinə görə, 68 kq çəki dərəcəsində yarışan dünya çempionu İrina Zaretskaya 2019-cu ildə Minskdə keçirilmiş II Avropa Oyunlarının finalında uduzduğu Silvia Semerarodan (İtaliya) üstün olub.

5:5 bitən görüşdə qələbə Zaretskayaya verilib.

16:11

Bakıda keçirilən karate üzrə Premyer Liqa yarışında Azərbaycan ilk qızıl medalını qazanıb.

"Report"un xəbərinə görə, 60 kq çəki dərəcəsində yarışan Əminağa Quliyev misirli Kərim Aboeitta ilə gərgin keçən döyüşdən qalib ayrılıb – 6:5. Bu, Quliyevin karyerasında qazandığı ilk Premyer Liqa yarışıdır.

Qeyd edək ki, bu gün İrina Zaretskaya (68 kq) və Asiman Qurbanlı (+84 kq) final döyüşlərinə çıxacaqlar.

Xatırladaq ki, səhər seansında Tural Ağalarzadə (67 kq), Turqut Həsənov (84 kq) və Murad Hacızadə (+84 kq) bürünc medal qazanıblar. Onlar müvafiq olaraq Hiroki Nakano (Yaponiya), Andrey Toroşanko (Ukrayna) və Qoqita Arkania (Gürcüstan) üstün olub.

Fərdi
Bu il kikboksinq milliləri beynəlxalq yarışlardan 101 medalla qayıdıblar

Bu il kikboksinq milliləri beynəlxalq yarışlardan 101 medalla qayıdıblar

Fərdi
Dünya çempionatı: Azərbaycan güləşçisi bürünc medal uğrunda mübarizə aparacaq

Dünya çempionatı: Azərbaycan güləşçisi bürünc medal uğrunda mübarizə aparacaq

Fərdi
Dünya çempionatı: Azərbaycanın 4 sərbəst güləşçisi bu gün mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın 4 sərbəst güləşçisi bu gün mübarizəyə başlayır

Fərdi
Yaşar Bəşirov Premyer Liqa yarışında qızıl medal gözlədiyi idmançıların adlarını açıqlayıb

Yaşar Bəşirov Premyer Liqa yarışında qızıl medal gözlədiyi idmançıların adlarını açıqlayıb

Fərdi
Azərbaycan şahmatçısı dünya çempionatında erməni rəqibinə qalib gəlib

Azərbaycan şahmatçısı dünya çempionatında erməni rəqibinə qalib gəlib

Fərdi
"Mingəçevir Reqatası"na qatılacaq ölkələr bəlli olub

"Mingəçevir Reqatası"na qatılacaq ölkələr bəlli olub

Fərdi
Paracüdo üzrə Azərbaycan milli komandası dünya çempionu olub

Paracüdo üzrə Azərbaycan milli komandası dünya çempionu olub

Fərdi
Şahmat üzrə gənclər arasında dünya çempionları Vətənə qayıdıb

Şahmat üzrə gənclər arasında dünya çempionları Vətənə qayıdıb

Fərdi
Azərbaycanın olimpiya mükafatçısı karyerasını bitirib

Azərbaycanın olimpiya mükafatçısı karyerasını bitirib

Fərdi
Boks üzrə Azərbaycan birinciliyində 1/16 final mərhələsi başa çatıb

Boks üzrə Azərbaycan birinciliyində 1/16 final mərhələsi başa çatıb

Fərdi
Günay Məmmədzadə: "Erməni şahmatçı üzərində qələbəm medal qazanmağımda rol oynadı"

Günay Məmmədzadə: "Erməni şahmatçı üzərində qələbəm medal qazanmağımda rol oynadı"

Fərdi
Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçuları açıqlanıb

Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçuları açıqlanıb