Azərbaycan boksçusu erməni rəqibinə qalib gəlib, Paris-2024-ə lisenziya qazanıb - FOTOLENT

Azərbaycan boksçusu erməni rəqibinə qalib gəlib, Paris-2024-ə lisenziya qazanıb - FOTOLENT

Polşada keçirilən III Avropa Oyunlarında boks üzrə yarışların 1/4 final mərhələsinə start verilib.

Apasport.az saytının məlumatına görə, yarımfinala gedən yolda Azərbaycan millisinin heyətində ilk olaraq rinqə Murad Allahverdiyev çıxıb.

80 kq çəkidə mübarizə aparan idmançı Hambardzum Hakobyanla (Ermənistan) üz-üzə gəlib. Görüş boksçumuzun aşkar üstünlüyü şəraitində keçib. Hər 3 raundu xeyrinə bitirən Murad yekunda 5:0 (30:26, 30:27, 29:28, 30:27, 30:27) hesabı ilə qalib gəlib və mərhələ adlayıb.

O, yarımfinala çıxmaqla özü üçün ən azı bürünc medalı təmin edib. Allahverdiyev yarışda “dördlüy”ə yüksəldiyi üçün həm də Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Bu, boksçularımızın Fransada təşkil olunacaq Olimpiadaya ilk vəsiqəsi olub.

Ardıcıl olaraq, Kevin Şumann (Almaniya), Nikita Niysted (Finlandiya) və Hambardzum Hakobyanı (Ermənistan) mübarizədən kənarlaşdıran Murad yarımfinalda Qabriyel Veoçiçlə (Xorvatiya) qarşılaşacaq. Görüş iyunun 30-da olacaq.

Qeyd edək ki, bu gün daha 3 boksçumuz 1/4 final döyüşünə çıxacaq. Məhsəti Həmzəyeva-Ağamalıyeva (57 kq) Amina Zidanilə (Fransa), Sərxan Əliyev (71 kq) Makan-Vie Traore (Fransa) ilə və Məhəmməd Abdullayev (+92 kq) Stilianos Pouliasla (Yunanıstan) üz-üzə gələcək.

Döyüş növləri
Azərbaycan çempionatında finala yüksələn boksçular müəyyənləşib - FOTOLENT

Azərbaycan çempionatında finala yüksələn boksçular müəyyənləşib - FOTOLENT

Döyüş növləri
Azərbaycan boksçuları beynəlxalq turnirdə 7 qızıl və 4 bürünc medal qazanıb

Azərbaycan boksçuları beynəlxalq turnirdə 7 qızıl və 4 bürünc medal qazanıb

Döyüş növləri
Dünya çempionatında mübarizə aparacaq boksçularımızın adı bəlli olub

Dünya çempionatında mübarizə aparacaq boksçularımızın adı bəlli olub

Döyüş növləri
Mariya Stadnik mundialda çempion görmək istədiyi yığmanı açıqlayıb

Mariya Stadnik mundialda çempion görmək istədiyi yığmanı açıqlayıb

Döyüş növləri
Azərbaycan taekvondoçuları Eyndhovendə 7 medal qazanıb

Azərbaycan taekvondoçuları Eyndhovendə 7 medal qazanıb

Döyüş növləri
Azərbaycan boksçusu dünya çempionatında 1/4 finala yüksəlib

Azərbaycan boksçusu dünya çempionatında 1/4 finala yüksəlib

Döyüş növləri
Azərbaycan boksçuları Avropa birinciliyində rekordlar vurub, 4 idmançı finala yüksəlib

Azərbaycan boksçuları Avropa birinciliyində rekordlar vurub, 4 idmançı finala yüksəlib

Döyüş növləri
Boks üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib - FOTOLENT

Boks üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib - FOTOLENT

Döyüş növləri
Azərbaycan boksçuları ABŞ-da 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb

Azərbaycan boksçuları ABŞ-da 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb

Döyüş növləri
Azərbaycan güləşçisi erməni rəqibini məğlub edib

Azərbaycan güləşçisi erməni rəqibini məğlub edib

Döyüş növləri
Niyaməddin Paşayev: “Onlara lazımı şans veririk ki, özlərini doğrultsunlar”

Niyaməddin Paşayev: “Onlara lazımı şans veririk ki, özlərini doğrultsunlar”

Döyüş növləri
Azərbaycan boksçusu Avropa çempionatında medalı təmin edib

Azərbaycan boksçusu Avropa çempionatında medalı təmin edib