Azərbaycan boksçusu: “Əsas hədəfim Paris-2024-ün qızıl medalını qazanmaqdır”

Azərbaycan boksçusu: “Əsas hədəfim Paris-2024-ün qızıl medalını qazanmaqdır”

“Əsas hədəfim Paris-2024-ün qızıl medalını qazanmaqdır”.

“QELEBE.AZ”un məlumatına görə, bunu Polşada təşkil olunan III Avropa Oyunlarının 1/4 final mərhələsində Ermənistan təmsilçisi Hambardzum Hakobyanı 5:0 hesabı ilə məğlub edən Azərbaycan boksçusu Murad Allahverdiyev deyib.

80 kq çəki dərəcəsində yarımfinala yüksələrək, həm medalı təmin edən, həm də Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan 21 yaşlı idmançı sevincini gizlətməyib: “Medal təmin etdiyim, xüsusən də, Ermənistan təmsilçisinə qalib gəldiyim üçün çox xoşbəxtəm. Püşkatmaya əsasən, bu mərhələdə erməni idmançısı ilə qarşılaşmalı oldum. Bir qarabağlı olaraq, bu döyüşdə qalib gəlmək istəyirdim. Həm bu arzumu yerinə yetirdim, həm də olimpiadada iştirak hüququna yiyələndim. Arenada məni dəstəkləyənlərə təşəkkürümü bildirirəm. Azarkeşlərin dəstəyi mənə güc verdi. Dəstək motivasiya oldu. Sonda qalib gəlib, azarkeşləri sevindirdim. Ancaq bununla kifayətlənmək istəmirəm. Çempion olacağıma inanıram".

Allahverdiyevin sözlərinə görə, yarımfinalda qarşılaşacağı Qabriel Veoçiçlə (Xorvatiya) ilk dəfə üz-üzə gələcək: “Hər bir idmançıda həyəcan olur. Rəqibim də erməni olduğu üçün həyəcan çox idi və anlayırdım ki, məğlub olmamalıyam. Qorxu yox, uduzmamaq həyəcanı var idi. Qarşıda hələ iki döyüşüm var. Ümid edirəm ki, uğurla çıxış edib, onları məğlub edərək, qızıl medala sahib olacağam. Rəqiblərim barədə məlumatlıyam. Yarımfinalda üz-üzə gələcəyim xorvatiyalı idmançı əvvəllər 86 kiloqram çəki dərəcəsində çıxış edib. İlk dəfə üz-üzə gələcəyik. Ümid edirəm ki, onu da məğlub edib finala adlayacağam”.
Qeyd edək ki, Murad Allahverdiyev yarımfinal döyüşünə iyunun 30-da çıxacaq. Onun bu raunddakı rəqibi xorvatiyalı Qabriel Veoçiç olacaq.

Fərdi
Azərbaycan şahmatçısı dünya çempionatında erməni rəqibinə qalib gəlib

Azərbaycan şahmatçısı dünya çempionatında erməni rəqibinə qalib gəlib

Fərdi
Azərbaycan boksçusu dünya çempionatında növbəti qələbəsini qazanıb

Azərbaycan boksçusu dünya çempionatında növbəti qələbəsini qazanıb

Fərdi
Mahir Məmmədov: "Şuşadakı turniri ənənəvi etməmək hüququmuz yoxdur"

Mahir Məmmədov: "Şuşadakı turniri ənənəvi etməmək hüququmuz yoxdur"

Fərdi
Milli Paralimpiya Komitəsində baş məşqçilərlə iclas keçirilib

Milli Paralimpiya Komitəsində baş məşqçilərlə iclas keçirilib

Fərdi
Milli Paralimpiya Komitəsinin prezidenti: "Erməni təxribatına layiqli cavab verdik"

Milli Paralimpiya Komitəsinin prezidenti: "Erməni təxribatına layiqli cavab verdik"

Fərdi
Azərbaycan taekvondoçusu Avropa üçüncüsü olub

Azərbaycan taekvondoçusu Avropa üçüncüsü olub

Fərdi
Bakıda keçiriləcək Dünya Kubokunun püşkatma mərasimi olub

Bakıda keçiriləcək Dünya Kubokunun püşkatma mərasimi olub

Fərdi
Azərbaycan Premyer Liqasının V turu üçün təyinatlar açıqlanıb

Azərbaycan Premyer Liqasının V turu üçün təyinatlar açıqlanıb

Fərdi
Eldəniz Əzizli: "Paris-2024-də iştirak etmək üçün çəkimi dəyişəcəyəm"

Eldəniz Əzizli: "Paris-2024-də iştirak etmək üçün çəkimi dəyişəcəyəm"

Fərdi
“Birlikdə üzək” adlı üzgüçülük yarışının qalibləri mükafatlandırılıblar

“Birlikdə üzək” adlı üzgüçülük yarışının qalibləri mükafatlandırılıblar

Fərdi
Alfonso Dominges: “Kubada qalsaydım, bir nömrə olardım”

Alfonso Dominges: “Kubada qalsaydım, bir nömrə olardım”

Fərdi
Şəkidəki ilk idman festivalından - Reportaj

Şəkidəki ilk idman festivalından - Reportaj