Avropa çempionatı: Talıbov finalda, Zamanov və Nəsirli bürünc medal uğrunda yarışacaq

Avropa çempionatı: Talıbov finalda, Zamanov və Nəsirli bürünc medal uğrunda yarışacaq

Azərbaycan cüdoçusu Vüqar Talıbov Çexiyanın paytaxtı Praqada gənclər arasında keçirilən Avropa çempionatında finala yüksəlib.

"QELEBE.AZ"un yarışa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, 90 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda serbiyalı Milan Radula qalib gəlib.

Eyni çəkidəki İsmayıl Zamanov bu raundda ukraynalı İvan Kutenkova uduzub. Talıbov qızıl medal uğrunda görüşdə Kutenkovla üz-üzə gələcək. Zamanov isə bürün medal qarşılaşmasında macarıstanlı Peter Safrani ilə üz-üzə gələcək.

100 kq-dakı Ruslan Nəsirli də yarımfinalda italiyalı Daniele Akkoqliyə qızıl xal bölümündə uduzub. O, bürünc medal görüşündə daha bir italiyalı Yan Karlettiyə rəqib olub.

Qeyd edək ki, daha əvvəl Vüsal Qələndərzadə (73 kq) və Elcan Hacıyev (81 kq) qızıl, Turan Bayramov (60 kq) isə gümüş medal qazanıb.

17:05

Çexiyanın paytaxtı Praqada gənclər arasında keçirilən Avropa çempionatında Azərbaycanın eyni çəkidəki hər iki cüdoçusu yarımfinala yüksəlib.

"QELEBE.AZ"un yarışa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, 90 kq çəki dərəcəsində 1/4 final görüşündə Vüqar Talıbov gürcüstanlı Tornike Poladişvilini üstələyib. Eyni çəkidəki İsmayıl Zamanov italiyalı Qabriele Sammartinodan üstün olub.

Yarımfinalda Talıbov serbiyalı Milan Radul, Zamanov isə ukraynalı İvan Kutenkovla üz-üzə gələcək.

100 kq-dakı Ruslan Nəsirli isə yarımfinalda italiyalı Daniele Akkoqliyə qızıl xal bölümündə uduzub. O, bürünc medal qarşılaşmasında daha bir italiyalı Yan Karlettiyə rəqib olub.

Qeyd edək ki, daha əvvəl Vüsal Qələndərzadə (73 kq) və Elcan Hacıyev (81 kq) qızıl, Turan Bayramov (60 kq) isə gümüş medal qazanıb.

16:25

Çexiyanın paytaxtı Praqada gənclər arasında keçirilən Avropa çempionatında ilkin mərhələni adlayan Azərbaycanın hər 3 cüdoçusu ikinci görüşlərini də qələbə ilə başa vurub.

"QELEBE.AZ"un yarışa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, 90 kq çəki dərəcəsində 1/8 final mərhələsində Vüqar Talıbov israilli İnbay Qabaya qalib gəlib. Növbəti rəqib gürcüstanlı Tornike Poladişvili olacaq.

Eyni çəkidəki İsmayıl Zamanov finlandiyalı Artur Kanevetsi də üstələyib. Zamanov 1/4 finalda italiyalı Qabriele Sammartino ilə qarşılaşacaq.

100 kq-dakı Ruslan Nəsirli isə 1/4 finalda niderlandlı Silvan Bultuisi yenib. Nəsirli yarımfinalda italiyalı Daniele Akkoqli ilə üz-üzə gələcək.

Qeyd edək ki, daha əvvəl Vüsal Qələndərzadə (73 kq) və Elcan Hacıyev (81 kq) qızıl, Turan Bayramov (60 kq) isə gümüş medal qazanıb.

15:36

Çexiyanın paytaxtı Praqada gənclər arasında keçirilən Avropa çempionatında bu gün Azərbaycanın daha 5 cüdoçusu mübarizəyə başlayıb.

"QELEBE.AZ"un yarışa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, 90 kq çəki dərəcəsində 1/16 final mərhələsində Vüqar Talıbov latviyalı Maksim Duynov ilə üz-üzə gəlib. O, rəqibinə ipponla qalib gələrək, növbəti mərhələdə israilli İnbay Qabaya rəqib olub.

Eyni çəkidəki İsmayıl Zamanov slovakiyalı Aleks Maruşkanı üstələməyi bacarıb. 1/8 finalda rəqib finlandiyalı Artur Kanevets olacaq.

100 kq-dakı Ruslan Nəsirli 1/8 finalda avstriyalı Hubert İllmeri yenib. O, növbəti mərhələdə niderlandlı Silvan Bultuislə üz-üzə gələcək.

100 kq-dan yuxarı çəkidəki Kənan Nəsibov eyni raundda moldovalı Alin Baqrinə uduzaraq, mübarizəni dayandırıb.

Eyni aqibətlə qızların yarışında 78 kq-da yer alan Nərmin Əmirli də üzləşib. Əmirli 1/8 finalda israilli Yuli Alma Mişinerə yenilib.

Qeyd edək ki, daha əvvəl Vüsal Qələndərzadə (73 kq) və Elcan Hacıyev (81 kq) qızıl, Turan Bayramov (60 kq) isə gümüş medal qazanıb.

Fərdi
"Formula 1": Azərbaycan Qran Prisi üçün könüllülərin qeydiyyatına start verilir

"Formula 1": Azərbaycan Qran Prisi üçün könüllülərin qeydiyyatına start verilir

Fərdi
Azərbaycan taekvondoçusu Avropa çempionu olub

Azərbaycan taekvondoçusu Avropa çempionu olub

Fərdi
Baş katib: “Hazırda Azərbaycan cüdosunda çatışmayan 3 əsas məqam var”

Baş katib: “Hazırda Azərbaycan cüdosunda çatışmayan 3 əsas məqam var”

Fərdi
Azərbaycanı dünya çempionatında təmsil edəcək boksçular açıqlanıb

Azərbaycanı dünya çempionatında təmsil edəcək boksçular açıqlanıb

Fərdi
Fərid Qayıbov Azərbaycan İdman Jurnalistləri İctimai Birliyinin üzvləri ilə görüşüb

Fərid Qayıbov Azərbaycan İdman Jurnalistləri İctimai Birliyinin üzvləri ilə görüşüb

Fərdi
Azərbaycan güləşçisi dünya çempionatında Ermənistan təmsilçisinə qalib gəlib

Azərbaycan güləşçisi dünya çempionatında Ermənistan təmsilçisinə qalib gəlib

Fərdi
Dünya çempionatı: Səid Mollayi 5-ci yeri tutub

Dünya çempionatı: Səid Mollayi 5-ci yeri tutub

Fərdi
Muxtar Babayev: "Futboldakı təcrübəmi alpinizmdə tətbiq edəcəyəm"

Muxtar Babayev: "Futboldakı təcrübəmi alpinizmdə tətbiq edəcəyəm"

Fərdi
Avropa çempionatı: Azərbaycan millisi Avstriyaya qalib gəlib

Avropa çempionatı: Azərbaycan millisi Avstriyaya qalib gəlib

Fərdi
Azərbaycan idmançılarının oktyabr üçün reytinq cədvəli bəlli olub

Azərbaycan idmançılarının oktyabr üçün reytinq cədvəli bəlli olub

Fərdi
Rusiya və Belarus boksçuları WBC reytinqlərindən kənarlaşdırılacaq

Rusiya və Belarus boksçuları WBC reytinqlərindən kənarlaşdırılacaq

Fərdi
Ronaldu Almaniyanın “Bavariya” klubuna keçə bilər

Ronaldu Almaniyanın “Bavariya” klubuna keçə bilər